0
Tuesday 28 January 2020 - 09:20

Terrorçular Suriyadakı neft anbarına hücum edib

Story Code : 841143
Terrorçular Suriyadakı neft anbarına hücum edib
APA xəbər verir ki, bu barədə Suriyanın dövlət agentliyi olan “SANA” ölkənin Neft Nazirliyinə istinadən məlumat yayıb.
“Neft Nazirliyi: terrorçular və onları dəstəkləyənlər yenidən Suriyadakı neft sənayesinə hücum ediblər. Zərbə Baniyasada - dənizdə yerləşən neft obyektlərinə edilib”, - deyə agentlik bildirib. Partlayıcı qurğuların dalğıclar tərəfindən quraşdırıldığı aydınlaşıb.
Agentliyin məlumatına görə, təmir qrupları artıq iş aparır və neft yükləmə stansiyasının fəaliyyətini bərpa etmək üçün problemlər aradan qaldırılır.
Tagged
Suriya