0
Sunday 2 February 2020 - 15:44

İsraildə Trampa qarşı gözlənilməz addım: Planı rədd edirik

Story Code : 842191
İsraildə Trampa qarşı gözlənilməz addım: Planı rədd edirik
Axar.az "Yedioth Ahronoth" qəzetinə istinadən xəbər verir ki, Təl-Əvivdə solçular və insan haqları təşkilatları tərəfindən keçirilən aksiyada "Başqa bir yolumuz var", "ABŞ-ın planını rədd edirik", "Sülhə hə" kimi plakatlar nümayiş etdirilib.

Aksiyada Meretz və İşçi partiyaları da iştirak edib.

Nümayişdə çıxış edən Meretz Partiyasının millət vəkili Tametz Zandberq Trampın planının sülh deyil, ilhaq və deportasiya olduğunu bəyan edib.