0
Monday 3 February 2020 - 20:46

Yəmən ordusu 6 gündə düşmənin 18-dən çox briqadasını zərərsizləşdirdi

Story Code : 842416
Yəmən ordusu 6 gündə düşmənin 18-dən çox briqadasını zərərsizləşdirdi
Yəmən Silahlı Qüvvələri Mərkəzi Komandanlığının 6-cı hərbi regionunun komandiri general-mayor Əbdülxaliq Bədrdəddin Əl-Husi “Əl-Bunyan Əl-Mərsus” əməliyyatının Allahın ayələrindən biri olduğunu qeyd edərək, belə deyib: “Çünki İkinci Dünya Müharibəsindən bəri 6 gün ərzində 18-dən çox briqada zərərsizləşdirilməyib”.
General-mayor Əbdülxaliq Bədrdəddin Əl-Husi Əl-Məsirə telekanalına verdiyi açıqlamasında belə deyib: “Allahın köməkliyi şəhidlərin qanları və mücahidlərin dəyanəti hesabına 6 gün ərzində mürəkkəb və böyük bir coğrafiyada keçirilən “Əl-Bunyan Əl-Mərsus” əməliyyatından böyük bir uğur əldə etdik. Düşmən “Əl-Bunyan Əl-Mərsus” əməliyyatından bir neçə gün əvvəl Sənaya intensiv bir əməliyyat keçirməyi planlaşdırmışdı”.
O, ordunun və xalq komitələrinin Allahın köməyi ilə xalqın təhlükəsizliyinə və istədiklərinə nail olacağını bildirib.
General-mayor Əl-Husi qəhrəmanlıq göstərdiklərinə və görkəmli döyüşdə əməyinə görə azad edilmiş ərazilərdəki əməkdaşlara, hərbi rəhbərlərə və Respublika Qvardiyasının briqadalarına təşəkkür edib.
Cəsarət nümayiş etdirən və təcavüzkar qüvvələrə qarşı yüksək məsuliyyət nümayiş etdirən qəbilələrə təşəkkür edib.
Xatırladaq ki, Yəmən ordusu və inqilabi xalq komitələri (Ənsarullah) Səudiyyə rejiminin ordusu və onların Yəməndəki xain müttəfiqlərinin işğalı altındakı Nəhim, Məarib və Əl-Cəufun rayon və qəsəbələrində irəliləyərək, 2500 kvadratkilometr ərazini işğalçıların əlindən azad etməyi bacarıb.
Keçirilən “Əl-Bunyanil Mərsus” əməliyyatında Səudiyyə rejiminin əsgərləri ilə xain müttəfiqlərindən 700 silahlının öldürüldüyünü, 1750 hərbçinin yaralandığını və 2500 yaraqlının da əsir götürüldüyünü açıqlayıb.
18 hərbi briqada və 20 batalyondan ibarət olan Nəhimdə yerləşən düşmən qüvvələrini məğlub edildi və texnikalarından tam yararsız hala salındı.
“Türkiyə Rusiyaya nizamlı və operativ məlumat verir. Son hadisədə barədə də məlumat verilib. Mövcud mexanizmlər həmişəki kimi işləyir", - deyə AKP sözçüsü qeyd edib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Türkiyə İdlibdə keçirdiyi əməliyyat haqqında Rusiyanı məlumatlandırmadığına görə türk əsgərlərin Bəşər Əsəd ordusunun hücumlarının hədəfində olduğunu bəyan edib. /Deyerler/