0
Tuesday 4 February 2020 - 19:19

Bin Salman Ərəbistan torpaqlarını sionistlərə satdı!

Story Code : 842620
Bin Salman Ərəbistan torpaqlarını sionistlərə satdı!
Əl-Kovsər şəbəkəsi bildirir ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Əl-Huveytat qəbiləsinə məxsus torpaqları İsrail şirkətlərindən birinə satıb. Məlumatlı mənbələrdən əldə edilən xəbərə əsasən, yəhudi biznesmen Eril Marqlit 22 yanvar 2020-ci il tarixində Qahirədəki Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb. O deyib ki, Misirdə yaşayan yəhudi biznesmenlər “Neum” layihəsi ilə bağlı sərmayə yatırmağa hazırdırlar.
Bundan öncə Mərətul-Cəzirə xəbər agentliyi bildirmişdi ki, Ali-Səud rejimi sionistlərin “Neum” layihəsinin icrası bəhanəsi ilə Ərəbistanın şimal-qərbində yaşayan minlərlə ailəni evindən, torpaqlarından çıxarmaq istəyir. Hakimiyyətin bu planı həmin məntəqədə yaşayan insanların ciddi etirazına səbəb olmuşdu.
Ərəbistanın şimal-qərbindəki qəbilələrdən olan Əl-Huveytat qəbiləsinin üzvləri də bildiriblər ki, Ali-Səud rejimi heç bir kompensasiya ödəmədən, sadəcə onlardan aldıqları torpağın əvəzinə başqa məntəqədə torpaq verməklə qəbilə sakinlərini öz torpaqlarından çıxarmaq istəyir. “Neum” layihəsi 20 min insanın məcburi köç etməsinə səbəb ola bilər. Ərəbistan vəliəhdi 2 il öncə ölkənin şimal-qərbində modern bir şəhər salınacağı xəbərini vermişdi.
Source : IslamTimes