0
Sunday 9 February 2020 - 22:48

Suriya ordusu: İdlib və Hələb vilayətlərinin 600 km2-ni azad etmişik

Story Code : 843603
Suriya ordusu: İdlib və Hələb vilayətlərinin 600 km2-ni azad etmişik
Suriya ordusu İdlib və Hələb vilayətlərində şəhərlərin terrorçulardan təmizlənməsi əməliyyatları haqda açıqlama verib. Ciddi nailiyyətlər əldə edən ordu İdlib və Hələb vilayətlərinin 600 km2-ni terrorçulardan təmizləməyə müvəffəq olub. 
Ordu rəsmiləri bildirib ki, milli vəzifələrinə əməl edərək Suriya torpaqlarının terrorçulardan geri alınmasına davam edəcəklər.
Ordu həmçinin əlavə edib ki, terrorçuların məhv edilməsi prosesinə mane olmağa, onları xilas etməyə çalışan xarici ölkələrn təlaşları səmərəsiz olacaq.