0
Wednesday 12 February 2020 - 14:59

İranda Parlament və Xobreqan seçkiləri keçiriləcək: Təbliğat-təşviqat başlayır...

Story Code : 844118
İranda Parlament və Xobreqan seçkiləri keçiriləcək: Təbliğat-təşviqat başlayır...

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki,  İranın Seçki Qərargahı bu gün fevralın 12-də bir elan yayaraq, qeydiyyatı təsdiqlənmiş namizədlərin təbliğat-təşviqat kampaniyasının sabah başlanacağını və fevralın 20-də sona çatacağını elan edib.
2020-ci il fevralın 21-də 11-ci çağırış İslam Şurası Məclisinin seçkiləri 290 yer uğrunda bütün ölkənin 208 seçki dairəsində keçiriləcək.
Həmçinin 5-ci çağırış Rəhbərlik Xobreqan Məclisinin aralıq seçkiləri də 5 seçki dairəsi yəni Tehran, Fars, Şimali Xorasan, Rəzəvi Xorasanı və Qumda keçiriləcək.
İranın Konstitusiyanı Mühafizə Şurasının mətbuat katibi Abbasəli Kədxudayinin sözlərinə görə, 11-ci çağırış İslam Şurası Məclisi seçkilərində deputatlığa namizədlərin 7000 mindən çoxunun qeydiyyatı təsdiqlənib.
 
Source : Islamazeri
Tagged
Iran
Comment