0
Wednesday 12 February 2020 - 15:22

Trampın müşaviri: “Talibanla razılaşmaya yaxınıq”

Story Code : 844125
Trampın müşaviri: “Talibanla razılaşmaya yaxınıq”
“Report” xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Оbrayen Vaşinqtonda Atlantik Şurada çıxışı zamanı deyib.
“Böyük irəliləyiş əldə olunub, düşünürəm ki, razılaşmaya yaxınlaşarıq. Fikrimcə, “Taliban” danışıqları davam etdirmək üçün müəyyən imkanlar tapacaq və nəticədə ciddi irəliləyişə nail olacağıq.
Yaxşı xəbərlər tezliklə açıqlana bilər. Bu zorakılığın azaldılması, Əfqanlararası danışıqları irəliyə aparmaq üçün vacibdir. Bir neçə gün və ya həftə gözləməliyik”.
Amerika qoşunlarının Əfqanıstandan çıxarılması perspektivləri barədə danışarkən Trampın köməkçisi bunun yaxın gələcəkdə baş verməyəcəyini açıq şəkildə bildirib.
Tagged
abş tramp