0
Thursday 13 February 2020 - 12:55

Tramp senatorları İranla bağlı qətnamənin əleyhinə səs verməyə çağırıb

Story Code : 844315
Tramp senatorları İranla bağlı qətnamənin əleyhinə səs verməyə çağırıb
ABŞ Prezidenti Donald Tramp Konqres Senatını İrana qarşı güc tətbiq etmək hüquqlarını məhdudlaşdıran qətnamənin əleyhinə səs verməyə çağırıb.
APA xəbər verir ki, amerikalı lideri bu barədə “Twitter” səhifəsində yazıb.
Tramp bildirib ki, “ABŞ Senatının qətnaməyə səs verməməsi ölkənin təhlükəsizliyi üçün çox vacibdir”.
Onun fikrincə, qətnamənin təsdiqlənməsi “çox pis bir siqnal kimi qiymətləndirilə bilər”.
“Demokratlar Respublikaçılar partiyasını ləkələməyə çalışırlar. Buna imkan verməyin!” – deyə ABŞ Prezidenti əlavə edib.
Qeyd edək ki, Trampın özbaşına qərarları ilə ABŞ-ı süquta apardığını bildirən senatorlar, onun İrana qarşı güc tətbiq etmə hüquqlarını məhdudlaşdırmaq qərarına gəliblər.
Related Stories