0
Thursday 13 February 2020 - 13:00

Türkiyəli yazardan iddia: Orduda 18 min FETÖ-çu var

Story Code : 844316
Türkiyəli yazardan iddia: Orduda 18 min FETÖ-çu var
Axar.az xəbər verir ki, “Hürriyyət” qəzetinin yazarı Nədim Şənər deyib.
“Hazırda hansı qərarı verəcəyini, hansı ittihamla çıxış edəcəyini, hansı istintaqı başladacağını bilmədiyimiz 468 FETÖ-çu hakim və prokuror var. FETÖ-nun siyasi qolu ilə bağlı narahat olanlar heç bu barədə düşünmürlər. 15 iyuldan (2016-cı il) bəri 23 min nəfər haqqında TSQ-da prosedur icra edildi. 15 iyul qiyamında iştirak edən FETÖ-çu sayı 5 min 600-dür. Bu mənada "TSQ-da nə qədər FETÖ-çu var" soruşanda 5 min 600 rəqəmi göstərilir. Ötən 3,5 il ərzində 4 dəfə çox FETÖ-çu müəyyən edildi və bunun 18 mini xaric edildi. Bununla bağlı 6-7 min nəfərin işi hələ də araşdırılır. Araşdırmalar nəticəsində hələ də orduda 18 min FETÖ-çunun olması məlumdur”, - deyə yazar bildirib.