0
Thursday 13 February 2020 - 19:05

BƏƏ gözlənilmədən Yəməndən qoşunları çıxardı

Story Code : 844393
BƏƏ gözlənilmədən Yəməndən qoşunları çıxardı
"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Yəməndəki müharibənin altıncı ilinin ərəfəsində, BƏƏ hökuməti bütün qoşunlarını Yəməndən çıxartdıqlarını və 200 min nəfərlik Yəmən əsgərləri üçün hərbi təlim vermək tapşırığını verdiyini açıqladı. Məqalədə deyilir: "Ənsərullah qüvvələri və müttəfiqlərinin Aramco şirkətinə hücumu BƏƏ-ni, qoşunlarını Yəməndən çıxarmaq qərarına gəlməyə məcbur etdi. Bundan əlavə BƏƏ rəhbərləri İranla münasibətlərini yaxşılaşdırmaq üçün Tehrana bir kəşfiyyat heyəti göndərdi".
Husilər Bakik, Cizan və Nəcranı dəqiq raketlərlə bombalaya bildikləri kimi, Dubay və Əbu-Dabini də vura bilər və bununla da BƏƏ iqtisadiyyatına ciddi ziyan dəyər. Beynəlxalq Valyuta Fondunun (BVF), körfəz dövlətlərinin 15 il ərzində neftin azalması və dünya bazarlarında şist nefti ilə əlaqədar eniş nəticəsində iflas etməsi barədə verdiyi hesabat, təbii sərvətləri və rifahı sürətlə tükənən Körfəz dövlətləri üçün bir xəbərdarlıq olması barədə xəbər verir. Şübhə yoxdur ki, neft gəlirlərinə alternativlər axtarılmalıdır, bunlardan ən başlıcası vətəndaşlar üçün ağır vergilərin tətbiqi ola bilər. İndi inkaredilməz vacib bir sual yaranır ki, Yəmən ayrılığa doğru gedirmi? Yoxsa Ənsərullahın Yəmənin çox hissəsini geri qaytarmaq imkanına malik olacaq? BƏƏ-nin geri çəkilməsi, müharibənin altıncı ilinə girmədən Yəməndəki uğursuzluqları deməkdir. Bu, bölgə üçün uzaq və strateji təsir göstərə biləcəyi üçün, bütün bölgədə strateji dönüş nöqtəsi ola bilər.