0
Saturday 15 February 2020 - 11:28

Putin addım atdı: İdlib məsələsi müzakirədə

Story Code : 844689
Putin addım atdı: İdlib məsələsi müzakirədə
Teleqraf.com xəbər verir ki, Rusiya Prezidenti Putinin istəyi ilə toplanan Təhlükəsizlik Şurasında baş nazir, Federasiya Məclisinin sədri, Təhlükəsizlik Şurası sədrinin müavini, müdafiə naziri, daxili işlər naziri və digər rəsmi şəxslər iştirak edib.

Kremlidən bildirilib ki, toplantıda Suriya ordusunun Suriya torpaqlarına təcavüz edən türk ordusu ilə baş-başa gəlməsindən sonra yaranmış böhran müzakirə edilib. Həmçinin Çində başlayan və dünyaya yayılan koronavirusla bağlı dinləmələr olub. Çinə humanitar yardım və iqtisadi vəziyyətdə qiymətləndirilib.

Putin Təhlükəsizlik Şurasının üzvlərinə Ukrayna Prezidenti Zelenski ilə son telefon müzakirəsi haqqında da məlumat verib.