0
Monday 17 February 2020 - 19:22

Ərəbistan və BƏƏ-yə işləyən iki cəsus şəbəkəsi zərərsizləşdirildi

Story Code : 845128
Ərəbistan və BƏƏ-yə işləyən iki cəsus şəbəkəsi zərərsizləşdirildi
Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Əbdülxaliq Əl-Acuri böyük təhlükəsizlik əməliyyatları haqqında danışaraq, belə deyib: “Səudiyyə rejiminin kəşfiyyatı tərəfindən idarə olunan ilk şəbəkə Fahad bin Zeyd Əl-Mutiri və Fəllahi bin Məhəmməd Əl-Şahranı adlı iki komandirin və digərlərinin nəzarəti altında idi və onların əsas üzvləri Səudiyyə rejiminin Şarur şəhərindən idi”.
Sözçü açıqlamasının davamında bu terror şəbəkəsiylə əlaqəli xeli sayda şəxsin həbs olunduğunu və həbs olunanlar arasında axtarılan keçmiş siyasi şəxsiyyətlərin də olduğunu söyləyib: “Bu dəstənin lideri daxili işlər köhnə naziri Məhəmməd Abdullah Əl-Qusidir və onun vəzifəsi qüvvələrə təlim keçmək idi. İki helikopter bu terror şəbəkəsi mənsublarını Səudiyyə rejiminin Şarur bölgəsindən Yəmənə daşıdı. Əl-Qusi kəşfiyyat əməliyyatlarını raket gücünü və hava müdafiəsini hədəfə almaq üçün idarə edirdi, eyni zamanda yoxlama nöqtələrindəki, şəhər içərisindəki, düşərgələrdəki və infrastrukturdakı məlumatları təmin edirdi.
Birləşmiş Ərəb Əmirliklərinin nəzarətində olan digər bir terror şəbəkəsinə, milli təhlükəsizlik xidmətinin keçmiş müavini, xain qaçaq İmam Məhəmməd Abdullah rəhbərlik edirdi və Məhəmməd İslam Əl-Maliki adlı bir qaçaq kimi, bu hücrənin əsil üzvlərini cəlb etmək üçün bu təşkilatda işləyirdi.
Bu dəstənin üzvləri təhlükəsizlik, siyasi, hərbi və iqtisadi sahələrdə vacib məlumatlar əldə etməyə çalışırdılar. Meydandakı döyüşlərlə paralel olaraq vətəndaş müharibəsi aparmağa çalışırdılar.
Əl-Maliki kəşfiyyat əldə etmək və casusluq etmək üçün təşkilatlar, nazirliklər və dövlət təşkilatlarında koalisiya ölkələrinin xeyrinə xain yetişdirməyə çalışırdı. Onlar eyni zamanda terror hərəkətləri, bomba yerləşdirmək və təhlükəsizliyi pozmaq üçün xüsusi ünsürləri öz tərəflərinə çəkməyə çalışırdı.
Bu şəbəkənin üzvləri qadınları da öz tərəflərinə çəkməyə çalışdıqlarını etiraf ediblər”.