0
Monday 17 February 2020 - 22:33

Bəhreyndə məhbus qadınların vəziyyəti ağırdır

Story Code : 845174
Bəhreyndə məhbus qadınların vəziyyəti ağırdır
İngiltərənin İndipendent qəzeti Bəhreyndə qadın həbsxanalarındakı ağır vəziyyətdən yazıb. Qəzet bildirir ki, həbsxana nəzarətçiləri məhbus qadınlarla kobud rəftar edir və qadın həbsxanalarında vəziyyət çox ağırdır. Qəzet həm də Londonun bütün bu qanunsuzluqlara baxmayaraq Bəhreyn rejimi ilə yaxın əlaqələrini pisləyib. Bəhreynin şəraiti ağır olan həbsxanalarından biri İsa Qəsəbəsi Həbsxanasıdır. Bu həbsxanada saxlanılan hüquq müdafiəçisi Hacər Mənsur ona qarşı həbsxanadakı işkəncələrdən danışıb. Bundan öncə BMT öz məruzələrində Bəhreyndəki vəziyyəti pisləyib, Bəhreyn rejimini həbsxanalarda qayda yaratmağa çağırıb.
 
Source : IslamTimes
Related Stories