Əfqanıstanda süqut edən helikopter ABŞ-a məxsusdurmu?
Story Code : 845268
Əfqanıstanın Nemroz əyalətinin Delaram rayonunda vurulan helikopterin ABŞ qüvvələrinə məxsus olduğu bildirilir.
Talibanın bildirdiyinə görə, helikopter yerli vaxtla səhər saat 07:30-da Nimruz əyalətinin Delaram rayonunda vurulub.
Nemroz qubernatoru Səid Vəli Sultani Talibanın hadisə barədəki məlumatlarını təkzib edib. O, Sputnik-ə verdiyi açıqlamasında, helikopterin Əfqanıstan Milli Ordusuna aid olduğunu və Delaram qərargahındakı təhlükəsizlik qüvvələrinə sursat gətirdiyi vaxt texniki nasazlıq nəticəsində qəza enişi etdiyini bidirib. O, tələfat və dağıntıların olmadığını qeyd edib. /Deyerler/