0
Tuesday 3 March 2020 - 11:19

KİV: Roma Papasında koronavirus aşkarlanmayıb

Story Code : 848106
KİV: Roma Papasında koronavirus aşkarlanmayıb
APA-nın xəbərinə görə, bu barədə "Reuters" məlumat yayıb.

Müqəddəs Taxt-Tacın nümayəndələri hələlik bu informasiyanı şərh etmir.

Qeyd edək ki, 83 yaşlı Frensisk nasazlığı səbəbindən bir neçə tədbirdə iştirak etməyib. Bu fakt koronavirusun yayılması fonunda bəzi şayiələrə səbəb olmuşdu. "MSM News" portalında ötən həftə Roma Papasının yaxın ətrafında olan insanların koronavirusa yoluxmasının mümkünlüyü, bu səbəbdən Vatikanda karantin elan olunması barədə məqalə dərc olunmuşdu. Vatikanın mətbuat xidməti isə bu informasiyanın əsassız olduğunu bildirmişdi.