0
Wednesday 4 March 2020 - 02:06

İran koronavirusa qarşı dərmanın sınaqlarına başlayır

Story Code : 848258
İran koronavirusa qarşı dərmanın sınaqlarına başlayır
Axar.az xəbər verir ki, bu barədə Tehran Tibb Elmləri Universitetinin professoru Əli Rza Cəlali məlumat yayıb.

"Tədqiqat mərkəzlərimizdən birində xəstəliyə qarşı preparat hazırlaya bildik. Hazırda kliniki sınaq mərhələsindədir", - deyə Cəlali bildirib.

O qeyd edib ki, mütəxəssislər yaxın vaxtlarda başlayacaq sınaq testləri üçün müvafiq icazə alıblar.