0
Wednesday 4 March 2020 - 23:31

Hizbullah üzə çıxardı: Qasim Süleymaninin terrorunda bu şəxsin əli var

Story Code : 848454
Hizbullah üzə çıxardı: Qasim Süleymaninin terrorunda bu şəxsin əli var
İraq Hizbullahının kəşfiyyat bölməsi son bəyanatında böyük bir xəyanəti üzə çıxarıb. Bəyanatda bildirilir ki, İraqda ABŞ tərəfindən terror edilən Müqavimət əskərləri və Qasim Süleymaninin qətlində İraq Təhükəsizlik İdarəsinin rəisinin əli var.

Bu gün verilən xəbərdə deyilir: "İraq Təhlükəsizlik İdarəsinin rəisi və bir neçə digər məsul şəxs Müqavimət üzvlərini, Həşd əl-Şəbi hərəkatının müavini Əbu Mehdi əl-Mühəndisi və SEPAH-ın Qüds Qüvvələri komandanı Qasim Süleymanini terror etmək üçün ABŞ-a kömək edib."

İraq Hizbullahı bəyanatda deyir: "Dünənədək Mustafa Əl-Kaziminin Qasim Süleymani və digər şəhidlərin qətlində rolu olduğuna tam əmin deyildik. Amma dünən Təhlükəsizlik İdarəsindəki rəsmilərdən biri ortaya qoyduğu sübutlarla bizim şübhəmizin doğru olduğunu təsdiqlədi."

Qeyd edək ki, bu xəbərdən sonra "İraq Təhlükəsizlik İdarəsi Əl-Kazimini müdafiə edərək, onun müqavimət şəhidlərinin terrorunda rolu olması xəbərinin ona qarşı hörmətsizlik olduğunu bildirib.
Source : IslamTimes