0
Saturday 7 March 2020 - 21:50

"Səudiyyə kralı ya ölüb, ya da ölüm ayağındadır"

Story Code : 849053
"Səudiyyə kralı ya ölüb, ya da ölüm ayağındadır"
"The Wall Street Journal" qəzeti, Al- və Bloomberg xəbər agentliyi Səudiyyə Ərəbistanında Ali-Səud ailəsindəki həbslər barədə dünyaya səs salan iddia irəli sürüb. Twitter hesabındakı Səudiyyə rejimi müxaliflərinin də yaydığı xəbərləri sübut kimi göstərən informasiya vasitələri bildirib ki, Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın öz əmisi və ailədən olan bir neçə nəfərin həbsi barədə verilən qərarın dövlət çevrilişi ilə əlaqəsi yoxdur. İddiaya görə şahzadə Salmanın əmisi Əhməd bin Əbdüləziz, Məhəmməd bin Nayef və digər Ali-Səud ailəsindən olan şəxslərin həbsinin əsil səbəbi kral Salman bin Әbdülәzizin gizlədilən ölüm və ya ölüm ayağında olması xəbəridir.

Ali Səud rejiminin cinayətlərini ifşa edən hüquq müdafiəçiləri də bu iddianın doğru olduğunu yazaraq, Məhəmməd bin Salmanın bu həbslərlə kralın ölümündən sonra rəqiblərini zərərsizləşdirmək ardınca olduğunu bildiriblər. 
Source : IslamTimes