0
Sunday 8 March 2020 - 14:38

Suriyada terrorçuların gizli qərargahından kimyəvi maddələr aşkarlandı

Story Code : 849156
Suriyada terrorçuların gizli qərargahından kimyəvi maddələr aşkarlandı
Sputnik xəbər agentliyinin verdiyi məlumata əsasən, Suriya qüvvələri İdlib əyalətindəki Saraqib şəhərini silahlı terrorçulardan azad etdikdən sonra şəhərdə təmizləmə əməliyyatlarına başlayıblar.

Suriya ordu rəsmilərindən biri təmizlənmə zamanı sarı rəngli maddələr istifadə edilmiş bombalar tapıldığını bildirib. Bu bombalar mütəxəssislər tərəfindən araşdırıldıqdan sonra məlum olub ki, onların tərkibində kimyəvi maddələr var. Terrorçular bu bombalar vasitəsi ilə Suriya xalqı və hərbçilərini hədəf almağı planlayırmış.

Kimyəvi maddələr terrorçuların silah-sursat və partlayıcı maddələr saxladıqları Saraqib şəhərindəki gizli qərargahı olan bir tikilidə tapılıb.

Rusiya dövləti də daha öncə İdlib yaxınlığında 15 terrorçunun əl ilə hazırlanmış, tərkibində kimyəvi maddələr olan bombalardan istifadə etməyi planlaşdırıdığını xəbər vermişdi. Terrorçular bu kimyəvi maddələrdən istifadə etdikdən sonra Suriya ordusunu qadağan edilmiş silahlardan istifadə etmiş kimi göstərməyi planlayırmış. 

Terrorçuların bir neçəsinin bu bombaları hazırlayan zaman kimyəvi zəhərlənmə səbəbindən həlak olduğu da üzə çıxıb.

ABŞ və bəzi Qərb ölkələri tərəfindən dəstəklənən Suriyadakı terror ünsürləri bu günə qədər dəfələrlə Suriya hökumətini kimyəvi silahlardan istifadə etməkdə ittiham etmişdi.
Source : IslamTimes