Axar.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, Səudiyyə neft hasilatını sutkalıq 12 milyon barrelə qədər uzatmaq fikrindədir. Bununla bərabər Ər-Riyada bütün istehlakçılar üçün də endirim edib.
“Vol Strit Jurnal” qəzeti bu endirimlərin Rusiyanın Avropada neft satışını çətinləşdirmək və onu “OPEK+” çərçivəsində yenidən danışıqlar masası arxasına qaytarmaq üçün edildiyini bildirib.
Qeyd edək ki, bundan öncə “OPEK+” ölkələrinin iclası baş tutub. İclas çərçivəsində koronavirusa görə hasilatın azaldılması təklifi irəli sürülsə də Rusiya bununla razılaşmayıb. Səudiyyə Ərəbistanı hasilatın sutkalıq 1,5 milyon barrel azaldılmasını təklif edib.