0
Tuesday 10 March 2020 - 12:44

Oqtay Əsədov getdi, Milli Məclisə yeni sədr təyin edildi

Story Code : 849505
Oqtay Əsədov getdi, Milli Məclisə yeni sədr təyin edildi
Teleqraf.com xəbər verir ki, iclasin sədri Ziyad Səmədzadə gündəliyi təqdim etdi.

Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olundu.

Qeyd edildi ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədri kimi namizədliyi irəli sürülüb.

Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirdi.

Sonra səsvermə oldu və 116 səs leyinə olmaqla Sahibə Qafarova Milli Məclisin sədri seçildi.