0
Tuesday 10 March 2020 - 22:46

Rusiya: Ərdoğanın Suriyanın 8 Havadan Müdafiə Sistemini sıradan çıxarması iddiası yanlışdır

Story Code : 849602
Rusiya: Ərdoğanın Suriyanın 8 Havadan Müdafiə Sistemini sıradan çıxarması iddiası yanlışdır
Rusiya Müdafiə Nazirliyi Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Suriya Ordusunun İdlib şəhərindəki Havadan Müdafiə Sistemləri ilə bağlı iddialarının həqiqəti əks etdirmədiyini bildirib.

Bəyanatda deyilir: "Ərdoğanın Suriya ordusunun "Pantsir" Hava Hücumundan Müdafiə Sisteminin sıradan çıxarılması ilə bağlı söylədikləri düzgün deyil. Türkiyə prezidenti dronlar vasitəsi ilə 8 "Pantsir"in vurulduğunu bildirir. Amma bu iddia doğru deyil!"

Rusiya Müdafiə Nazirliyi bildirib ki, İdlibdə 4 Pantsir olduğu halda Ərdoğanın 8 Pantsirin vurulması haqda açıqlaması qəribədir. 

Türkiyə pilotsuzlarının hücumu nəticəsində 4 Havadan Müdafiə Sistemindən ikisinin xəsarət aldığı bildirilir.
Source : IslamTimes