0
Wednesday 11 March 2020 - 18:45

Türkiyədə sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi açıqlanıb

Story Code : 849750
Türkiyədə sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi açıqlanıb
APA-nın “Hürriyyət”ə istinadən verdiyi xəbərə görə, “qara qutu”dakı səs yazılarına əsasən, təyyarəni ildırım vurduğu üçün problem yaranması ehtimalına görə pilotlar stressə düşüb, tez eniş etmək qərarına gəliblər.

Qeyd edək ki, İstanbulda Sabiha Gökçen hava limanında İzmir-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində 179 nəfər yaralanıb, 3 nəfər isə ölüb.