0
Thursday 12 March 2020 - 10:50

BMT Təhlükəsizlik Şurası koronavirusa görə iclas iştirakçılarını azaldacaq

Story Code : 849851
BMT Təhlükəsizlik Şurası koronavirusa görə iclas iştirakçılarını azaldacaq
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi, Təhlükəsizlik Şurasının mart ayında sədri olan Çjan Tszyun bildirib.

Təkcə bu ayda BMT Təhlükəsizlik Şurası ondan çox iclas təyin edib. Adətən Təhlükəsizlik Şurasının 15 ölkəsinin hər birindən iclaslarda təxminən beş diplomat iştirak edir.

“Əsasən görüşlərdə iştirakçıların sayının azaldılmasının və görüşlərin formatının dəyişdirilməsinin zəruriliyini izah edən nota göndərdik. Hazırda bütün planlaşdırılan iclaslar qalır, hər bir nümayəndə heyətindən iştirakçıların sayını azaltmaq, ümumiyyətlə, kiçik bir məsləhət otağında baş tutan qapalı iclasları Təhlükəsizlik Şurasının daha geniş zallarına köçürə bilərik”, - deyə diplomat bildirib.

“Təlaşa düşməməliyik, ancaq bu binada koronavirusun yayılmasının qarşısını almaq üçün bütün tədbirləri görməliyik”, - deyə Tszyun əlavə edib.
Related Stories