0
Sunday 22 March 2020 - 00:36

Türkiyədə koronavirusdan ölənlərin sayı 21-ə çatıb

Story Code : 851854
Türkiyədə koronavirusdan ölənlərin sayı 21-ə çatıb
APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində yazıb.

Nazir qeyd edib ki, son 24 saatda 2953 şəxs koronavirus testindən keçib, onlardan 277-nin cavabı müsbət çıxıb.

Onun sözlərinə görə, gün ərzində 277 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 947-yə çatıb.