0
Sunday 22 March 2020 - 22:36

Amerikada 38 məhbus koronavirusa yoluxdu

Story Code : 852004
Amerikada 38 məhbus koronavirusa yoluxdu
"The Guardian"ın verdiyi məlumata əsasən, ABŞ-da Həbsxanalara Nəzarət Şurası Nyu York həbsxanalarında o cümlədən bir neçəsi bədnam "Rikers İsland" həbsxanasında olmaqla ən az 38 məhbusun koronavirus testinin müsbət olduğunu bildirib.

Hazırda Amerikada 2,2 milyondan çox məhbus var. Bu isə müxtəlif ştatlarda həbsxana sistemində koronavirusun sürətli yayılacağı ehtimalını gücləndirir.

Bu günədək ABŞ-da 31 mindən çox insan koronavirusa yoluxub. 

ABŞ prezidenti Donald Tramp ilk günlərdə virus səbəbindən iş yerlərinin müvəqqəti qapadılması kimi ehtiyat tədbirlərindən boyun qaçırsa da son günlərdə acınacaqlı durum onu fikrindən dönməyə məcbur edib. Virusu təyin etmək üçün testlərin də bundan sonra ödənişsiz olacağı bildirilir.
Source : IslamTimes