0
Saturday 28 March 2020 - 10:50

BMT-nin 86 əməkdaşı koronavirusa yoluxub

Story Code : 853171
BMT-nin 86 əməkdaşı koronavirusa yoluxub
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu brifinq zamanı BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Bu günə olan məlumata görə, 86 BMT əməkdaşı onlarda koronavirus aşkarlanması barədə bizə məlumat verib”, - Düjarrik belə deyib.

Onun sözlərinə görə, onların əksəriyyəti Avropada yoluxanlardır. Həmçinin Afrika, Asiya və ABŞ-da da virusa yoluxanlar olub.