0
Saturday 28 March 2020 - 23:03

"BMT koronavirusun yayılmasını önləmək üçün sanksiyaların ləğv olunmasını istəyir"

Story Code : 853306
"BMT koronavirusun yayılmasını önləmək üçün sanksiyaların ləğv olunmasını istəyir"
BMT baş katibi Antonio Qutierreş 8 ölkənin BMT-dən İrana qarşı sanksiyaların ləğvi tələbinə cavab verib. Qutierreş koronavirusla mübarizə aparan ölkələrə qarşı sanksiyalara yenidən baxılmasını istəyib. O sanksiyaların ləğvinin bu ölkələrin səhiyyə sisteminin çöküşünü önləyə biləcəyini bildirib.

Öncə də xəbər verdiyimiz kimi İran, Suriya, Şimali Koreya, Venesuela, Çin, Rusiya, Kuba və Nikaraqua koronavirus pandemiyası ilə effektiv mübarizə üçün ABŞ tərəfindən tətbiq edilmiş sanksiyaların ləğvini istəyib. 

Qutierreş məktub ünvanlayan ölkələrə cavab olaraq deyib: "Dünya ölkələri ilə bu dağıdıcı pandemiya qarşısında həmrəy olduğumu ifadə etmək istəyirəm. Mən bir çox ölkələrin koronavirusa yoluxmuş xəstələrin müalicəsində üzləşdiyi dərman və tibbi ləvazimatlar çatışmazlığı probleminə görə narahatam."

BMT baş katibi dünyada koronavirus (Covid-19) səbəbindən çox sayta insanın həyatını itirməsinin olduqca üzücü olduğunu vurğulayaraq deyib: "Bu çətin zamanda, hər zamankından daha çox beynəlxalq əməkdaşlıq və həmrəyliyə ehtiyac var. Mən BMT üzvü olan bütün ölkələrin bir-birinə yardım etməsini, bir-birlərinə dayaq olmasını istəyirəm."

 
Source : IslamTimes
Related Stories