0
Monday 30 March 2020 - 14:38

Həşd əl-Şəbi Neynəva və Səlahiddində "Zəfərlər Baharı Əməliyyatı"na start verib

Story Code : 853560
Həşd əl-Şəbi Neynəva və Səlahiddində "Zəfərlər Baharı Əməliyyatı"na start verib
Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, Həşd əl-Şəbi Müqavimət Hərəkatı və İraq Ordusu Neynəva və Səlahiddindəki İŞİD "qırıntıları"nın təmizlənməsinə yönəlmiş böyük "Zəfərlər Baharı Əməliyyatı"na başladığını elan edib.

Həşd əl-Şəbinin verdiyi açıqlamada bildirilir ki, 44 və 51-ci briqadalar, partlayıcı maddələrin zərərsizləşdirilməsi üçün xüsusi qruplar, havadan dəstək üçün hərbi təyyarələr və zirehli texnikalar artıq əməliyyata başlayıblar.

Bəyanatda bildirilir ki, Suriya sərhəddindən gələn silahlı qruplar İraq dövlətinin başının koronavirus ilə mübarizəyə qarışdığından sui-istifadə edərək terror əməliyyatları keçirməyi planlayır.
Source : IslamTimes