0
Saturday 4 April 2020 - 17:02

İrandan koronavirusla mübarizədə önəmli nailiyyət

Story Code : 854636
İrandan koronavirusla mübarizədə önəmli nailiyyət
İran Səhiyyə Nazirliyinin açıqlamasına əsasən son 24 saatda İranda 2560 yeni yoluxma faktı qeydə alınıb. Bu ötən günə nisbətən (2715 yoluxma) 155 nəfər daha az yoluxma deməkdir.

Qeyd edək ki, martın 30-dan başlayaraq İslam Respublikasında yoluxma tempi azalıb. Belə ki, 30 mart - 3186 nəfər, 31 mart - 3010 nəfər, 1 aprel - 2988 nəfər, 2 aprel - 2875 nəfər, 3 aprel - 2715 nəfər, 4 aprel - 2560 nəfər virusa yoluxma qeydə alınıb. Maraqlı məqam isə budur ki, İranda şəhərlər arası səfərlərə məhdudiyyət tətbiq edilsə də, sakinlərin yaşadıqları şəhərlərdə çölə çıxmasına hər hansı yasaq tətbiq edilmədən nəticə alınır. Hətta Restoranlar belə fəaliyyətini davam etdirir.

Qonşu ölkədə önəmli nailiyyətlərdən biri də virusdan sağalanların sayı ilə bağlıdır. Belə ki, bu günədək 19736 nəfər iranlı virusdan sağalaraq, evə buraxlıb. Hazırda İranda 32555 virus daşıyıcısı var. Virus səbəbindən həlak olanların ümumi sayı isə 3452 nəfərdir.
Source : IslamTimes