Axar.az xəbər verir ki, bu barədə ştat qubernatoru məlumat yayıb.
O bildirib ki, koronavirus təhlükəsindən insanları qorumaq üçün komandası ilə birgə nə mümkündürsə, onu etməyə çalışır.
Qeyd edək ki, Cons Hopkins Universitetinin 7 aprel saat 23:00 üçün açıqladığı rəsmi məlumata görə, ABŞ-da koronavirusa yoluxanların sayı 383 mini ötüb, 12.021 adam isə bu virusdan ölüb.