0
Saturday 11 April 2020 - 00:38

İrandan BMT baş katibinə məktub: “Bioloji silahlarla bağlı beynəlxalq konvensiyalara baxılmalıdır”

Story Code : 855907
İrandan BMT baş katibinə məktub: “Bioloji silahlarla bağlı beynəlxalq konvensiyalara baxılmalıdır”
Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, İranın Mədəni İnqilab Ali Şurasının İnformasiya Mərkəzindən verilən açıqlamaya görə, BMT-nin baş katibinə göndərdiyi məktubunda indiki əsrdə koronavirus epidemiyasının yayılmasına işarə edən Ayətullah Amili, belə qeyd edib: “BMT praktik addımlar ataraq və funksional quruluş yaradaraq, sözügedən fəaliyyəti etməkdə günahlandırılan ölkələrin girişini əngəlləməklə bu istiqamətdə lazımlı səyləri göstərməlidir”.

Ölkələr arası bütün tanınmış sərhədləri əzib keçən və xalqları nəticələrinə dözməyə məcbur qoyan koronavirusun xalqların və hökumətlərin əməkdaşlığı və beynəlxalq qətiyyət və çalışma ilə aradan qaldırıla biləcəyini vurğulayan Ayətullah Amili, bunları qeyd edib: “Ancaq bu profilaktik və müalicəvi addımlarla yanaşı, bu vəhşi virusu daha etibarlı və bioloji silahlardan təmizlənmiş bir dünyaya doğru dinc bir hərəkət yaratmaq üçün əlverişli bir fürsət hesab etmək mümkündür”.