0
Saturday 18 April 2020 - 00:34

İtaliyada son sutkada 575 nəfər koronavirusun qurbanı olub

Story Code : 857353
İtaliyada son sutkada 575 nəfər koronavirusun qurbanı olub
APA-nın xəbərinə görə, İtaliya Mülki Müdafiə Departamentinin məlumatında bildirilir ki, sutka ərzində koronavirusdan 575 ölüm faktı qeydə alınıb. Ölənlərin sayı 22 745-ə yüksəlib. Koronavirus qurbanlarından 130-u həkimdir.

Bununla belə, son sutka ərzində ən yüksək sağalma göstəricilərindən biri qeydə alınıb – 2 563. Koronavirusdan sağalanların ümumi sayı 42 727-dir.  

İtaliyada koronavirus pandemiyası fevralın 21-də baş qaldırıb. Ən yüksək ölüm sayı martın sonunda qeydə alınıb – bir gündə 969 nəfər virusun qurbanı olub.