0
Saturday 18 April 2020 - 01:02

ÜST: “ABŞ-ın qərarı Afrikada malyariya və QİÇS-lə mübarizəyə təsir edəcək”

Story Code : 857355
ÜST: “ABŞ-ın qərarı Afrikada malyariya və QİÇS-lə mübarizəyə təsir edəcək”
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Moeti mətbuat konfransında, ABŞ-ın maliyyə dəstəyini dayandırmasının qitədəki bir çox əməliyyatı xüsusilə də peyvənd işlərini axsadacağını bildirib.

ABŞ-ın təşkilata ən böyük dəstəyi verən ölkələrdən biri olduğunu xatırladan Moeti, bunun uşaq iflici (poliomielit), QİÇS və malyariya kimi xəstəliklərlə mübarizəyə birbaşa təsir edəcəyini vurğulayıb.

ABŞ hökumətini qərarı yenidən nəzərdən keçirməyə dəvət edən Moeti, ABŞ təşkilatın təkcə maliyyə tərəfdaşı yox, həm də strateji tərəfdaşı olduğunu xatırladıb.

Moeti Ümumdünya Səhiyyə Təşkilatının ABŞ-dakı bir çox texniki institutla işlədiyini və bunların təşkilatın strategiyası və siyasətinin hazırlanmasında ciddi rol oynadığını bildirib.