0
Sunday 19 April 2020 - 00:19

"Taliban" 60 əfqan hərbçini azad edib

Story Code : 857573
"Taliban" 60 əfqan hərbçini azad edib
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “Taliban” radikal hərəkatının Qətər siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Sohail Şahin bildirib.

“Hazırda biz 60 məhbusu azad etmişik, onların arasında Kabil administrasiyasının hərbi qulluqçuları və polisləri də var. Onlar 20 nəfərlik qruplarla azad edilib. Gələcəkdə yeni qrupları da azad edəcəyik”, - o belə deyib.

Qeyd edək ki, aprelin 12-də “Taliban” Əfqanıstan hökuməti ilə əlaqəli 20 məhbusu azad edib. Əsirlərin verilməsi prosesi Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəzarəti və vasitəçiliyi ilə baş tutub. Ancaq bir müddət sonra Əfqanıstan hökuməti təhvil verilən şəxslərin hərbçilər olmadığını, yalnız “Taliban” həbsxanalarında saxlanılan mülki şəxslərin olduğunu bildirib. Cümə axşamı radikal hərəkat əsir götürülmüş 20 əsgərin sərbəst buraxıldığını elan edib. Əfqanıstanın Milli Təhlükəsizlik Şurasının məlumatına görə, Kabil, Prezident Əşrəf Qaninin fərmanına uyğun olaraq, həbs edilmiş 300 “Taliban”çını sərbəst buraxıb.