Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov paylaşıb.
O, iki ölkə arasında toqquşmanın olacağını çoxdan proqnozlaşdırıldığını bildirib:
“Əvvəlcə bu, ticarət müharibəsi fonunda özünü göstərib. Əgər ABŞ Çini COVİD-19-u bilərəkdən gizlətməkdə ittiham etmək qərarına gəlsə, bu toqquşma bakterioloji çalarlı siyasi savaş formasına keçə bilər”.