0
Thursday 23 April 2020 - 09:43

ÜST rəhbərindən bədbin açıqlama: Uzun yol olacaq

Story Code : 858441
ÜST rəhbərindən bədbin açıqlama: Uzun yol olacaq
Axar.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom deyib.

ÜST rəhbəri bildirib ki, COVİD-19 virusu hələ uzun müddət varlığını davam etdirəcək:

“Fərqli bölgələrdə fərqli tendensiyaları müşahidə edirik. Qərbi Avropada epidemiya ya azalır, ya da stabilləşməkdədir. Kiçik rəqəmlər olmasına baxmayaraq, Afrika, Mərkəzi və Cənubi Amerika, eləcə də Şərqi Avropadakı durum isə narahatedicidir. Bir çox ölkələrdə epidemiya başlanğıc mərhələdədir, bəzilərində isə virus yenidən baş qaldırıb. Səhv etməyin, bizi uzun yol gözləyir. Bu virus bizimlə uzun müddət qalacaq”.