0
Thursday 23 April 2020 - 16:01

ABŞ-ın enerji sənayesi iflasla üzləşib

Story Code : 858505
ABŞ-ın enerji sənayesi iflasla üzləşib
"APA-Economics"in məlumatına görə, bu barədə "Reuters" bankirlərə və sənayedə çalışan vəkillərə istinadən xəbər verir.

ABŞ-ın şist neft istehsalçıları, neft emalçıları və boru kəmərləri şirkətləri dünyanın hər yerində olduğu kimi, büdcələrindəki boşluqları aradan qaldırmaq üçün yeni kreditlər axtarır, lakin neft bazarında tələbin enməsindən, dözülməz hala gələn iflas proseduraları və borcların restrukturizasiyası ilə üzləşir.

Məlumata əsasən, digər ölkələrdən fərqli olaraq, ABŞ-da neft hasilatı tələb, bank kreditləri və investorların sərmayələrindən çox asılıdır. ABŞ-da yanacağa tələbat 25% azalıb və bu azalma bir ildən çox davam edə bilər. Tələbatın azalması bazar ertəsi günü ABŞ neftinin birja qiymətinin mənfi göstəricisinə gəlməsinə səbəb olub. Bu, ABŞ-ın neft şirkətləri tərəfindən hasilatın azaltdılması və kreditorlardan borclarının restrukturizasiyasına dair müraciətlərindən sonra baş verib.