0
Thursday 23 April 2020 - 16:45

Seyid Həsən Nəsrullah: “Səbirlə koronavirusu və İsrail rejimini məğlub edə bilərik”

Story Code : 858517
Seyid Həsən Nəsrullah: “Səbirlə koronavirusu və İsrail rejimini məğlub edə bilərik”
Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah yaxınlaşan Mübarək Ramazan ayı münasibətilə dünən (22 aprel) axşam televiziya ilə çıxış edərək, müqəddəs ayın fəzilətləri, ehsan və yemək paylama mövzularından bəhs edib və oruc tutmağın səbir və dözümlülük üçün əməli təcrübə olduğunu söyləyib.

Deyerler.org Əl-Manara istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah yaxınlaşan mübarək Ramazan ayı gecələrini təbrik edib və mübarək Ramazan ayının fəzilətləri haqqında danışdı və bu günlərin Allah və Peyğəmbər (s) yanındakı dəyərindən bəhs edib.

Seyid Həsən Nəsrullah Rəsulallahın (s) hədislərinə və Quran ayələrinə toxunaraq, belə deyib: “Mübarək Ramazan ayı yaxşılıq, bərəkət və günahların bağışlandığı bir aydır.

Mübarək Ramazan ayı Allahın bəndələrinin vacib əməllərlə yanaşı, müstəhəb əməllər edərək, əməllərinin savabını iki dəfə artıra biləcəyi bir aydır”.

Hizbullahın baş katibi müsəlmanlardan və möminlərdən mübarək Ramazan ayında Qurana xüsusi diqqət göstərmələrini istəyib, çünki Quranın günlük olaraq oxunmasının insanın çox vaxtını almadığını və insanın günlük proqramla bu ilahi kəlamı xətm edə biləcəyini söyləyib: “Allah Təalanın Hədisi Qüdsidə oruc tutmağa savab verdiyini və bunu mükafatlandırdığını buyurur, çünki Allahu Təala bu vacibatı özünə həsr etmiş və belə buyurmuşdur: “Oruc mənə aiddir və mən onun üçün mükafat verəcəyəm”.

Aparılan araşdırmalara görə, oruc tutmaq insanın cismi və ruhu üçün faydalıdır və insana səbir və müqaviməti öyrədir.

Oruc illik bir səbir praktikasıdır. Bu əməllə ruhun və həyatın problemləri ilə üzləşməyə hazırlaşırıq və Allahu Təala Quranda möminlərdən bəhs edərkən, onları bir çox yerdə səbirlə xarakterizə edir.

Bir hədisdə Peyğəmbər (s) orucu atəşə qalxan kimi təsvir edir və bu qalxanla cəhənnəm odundan qurtulmağın mümkün olduğunu söyləmişdi.

Hamımız səhiyyə tövsiyələrinə riayət etməyin səbir tələb etdiyini bilirik ... İnsanların dolanışıq yeri və yemək kimi mövzuların da çətin olduğu kimi, bunun da çətin bir mövzu olduğunda şübhə yoxdur və koronavirusun səbirlə öhdəsindən gələ bilərik. İsrail rejimi kimi düşməni səbirlə məğlub edə bilərik.

Səbir sarsılmadan (çökmədən) müqavimət göstərmək deməkdir. Qəzəblənməmək və özünə nəzarət etmək deməkdir. Oruc səbir təcrübəsi üçün illik bir təcrübədir, səbir qələbənin açarıdır.

Livanda koronavirus epidemiyasının vəziyyəti, hökumət və Səhiyyə Nazirliyinin səyləri və xalqın təkliflərə riayəti sayəsində yaxşı vəziyyətdədir və səbir və əzm ilə qaydalara əməl etməyə davam etməli və koronavirusu məğlub etməliyik.

Günahlarının bağışlanmasını istəyənlər, kasıblara və yoxsullara kömək etsin, hətta az da olsa, oruclulara iftar versin.

Koronavirusun Livan da daxil olmaqla bir çox ölkədə yayılması ilə birlikdə, vəziyyətin davam etməsinin qıtlığa və aclığa gətirib çıxaracağı narahatlığı var və bu səbəblə dolanışıq qaynaqlarını ağıllı idarə etmək lazımdır”.

Hizbullahın baş katibi yardımın yalnız Allah rizası və Allah üçün olmalı olduğunu qeyd edərək, bunları söyləyib: “Diqqət edilməli olan şərtlərdən və mövzulardan biri, ehtiyac sahiblərinə yardım edərkən, kömək alanların və ailələrinin ləyaqətinin qorunmasıdır.

Dostlarım və qardaşlarıma bu işin heç bir video və ya fotoşəkilini çəkməməyinizi məsləhət görürəm. İnsanlara hədiyyə verildikdə, yemək və ya yardım etmək üçün onlara hər hansı bir şey çatdırıldıqda, heç bir formada foto və video çəkilməməlidir.

Bəzi qardaşlarımız “Arxivdə saxlamaq üçün də şəkil çəkməyək?” deyə soruşurlar. Arxiv üçün şəkil çəkməyin deyirəm. Bu foto və videoların arxivinə ehtiyacımız yoxdur. Ancaq salonlarda, stadionlarda və təşkilatlarda humanitar yardım hazırlıqlarını edərkən və bu yardımların hazırlanması vaxtı şəkil çəkə bilərsiniz, hətta yük maşınlarına yükləyəndə belə problem olmaz, ancaq son mərhələdə, ehtiyac duyanlara, ailələrə çatdırılma mərhələsində video və foto çəkməyə ehtiyac yoxdur. Bu ailələr bir an belə utanmamalı və alçalmamalıdır.

İslam dininin ən vacib məsələlərindən biri insanın ləyaqətini qorumaqdır və yardım heç bir şey üçün deyil, Allah üçün olmalıdır.

Bu il koronavirus epidemiyası səbəbindən mübarək Ramazan ayı ilə əlaqəli əməllər evdə ediləcək. Qida təhlükəsizliyi çox vacibdir. Həm hökumət, həm də cəmiyyət bu məsələdə məsuliyyət daşıyır”.