0
Thursday 30 April 2020 - 23:36

Qırmızı Xaç: “Yəmənlilərin yarıdan çoxunun içməli suyu yoxdur”

Story Code : 860015
Qırmızı Xaç: “Yəmənlilərin yarıdan çoxunun içməli suyu yoxdur”
"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, beynəlxalq təşkilat, xüsusilə bu ölkədə koronavirusun yayılması təhlükəsini nəzərə alaraq, Yəmən sakinləri üçün su təminatının vacibliyini qeyd edərək, hər zamankindən daha çox ehtiyac olduğunu bildirib. Səudiyyə rejiminin koalisiyasının Yəmənə qarşı hərbi təcavüzü səbəbindən bu ölkədə sanitar-gigiyenik vəziyyət pisləşdi, bu da bir çox yardım təşkilatının dəfələrlə Yəməndə koronavirusun yayılması və digər yoluxucu xəstəliklərin, o cümlədən malyariyanın ağır nəticələri barədə xəbərdarlığına səbəb olub. Səudiyyə rejiminin ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər dövlətlərin dəstəyi ilə Yəmənə qarşı etdiyi hərbi təcavüz 6 ildir ki davam edir. Hərbi müdaxilə nəticəsində on minlərlə insan ölüb, milyonlarla insan evsiz qalıb, ölkədə kəskin qida və dərman qıtlığı yaranıb. Buna baxmayaraq, Səud rejimi Yəmən xalqının iradəsini sındıra bilməyib.
Source : Deyerler
Tagged
yəməm
Comment