0
Wednesday 6 May 2020 - 01:09

Rusiya ordusu Suriyadakı ABŞ qüvvələrinin önünü kəsib

Story Code : 860938
Rusiya ordusu Suriyadakı ABŞ qüvvələrinin önünü kəsib
Sputnik xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya hərbi qüvvələri ilk dəfə olaraq ABŞ qüvvələrinin Suriyanın şimal-şərqindəki Qamışlı şəhərinə girməsinə mane olub.

Rusiya qoşunları ABŞ qüvvələrinin şəhərə daxil olmasına mane olduqdan sonra özləri də həmin ərazini tərk ediblər.

Bundan öncə Türkiyə Müdafiə Nazirliyi bildirmişdi ki, Türkiyə və Rusiya qüvvələri Suriyanın şimal-qərbindəki əsas magistral yol boyunca səkkizinci ortaq patrul xidmətini gerçəkləşdirəcək.

Qeyd edək ki, ötən həftə ABŞ Suriyadakı PKK və PYD terrorçularına çox sayda silah və digər hərbi təchizatlar göndərərək bir daha məntəqədə terrora dəstək verən əsas dövlət olduğunu sübuta yetirib.
Source : IslamTimes