Adil Əbdülmehdi İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat əmrini verdi
Story Code : 860945
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Adil Əbdülmehdinin əmrinə əsasən, İraq ordusu və əl-Həşduş Şəbi qüvvələri ölkənin bəzi bölgələrində İŞİD qalıqlarını tamamilə məhv etmək üçün hava dəstəyi və kəşfiyyat təşkilatı ilə əməkdaşlıq edərək, genişmiqyaslı əməliyyat başlatmalıdır.
Xələf İŞİD-in İraqa qayıtması ilə bağlı xəbərlərin şişirdildiyini və heç bir dəqiqlik olmadığını, son vaxtlarda İŞİD hədəflərinin vurulduğu bölgələrin kənd yerləri olduğunu və bu nöqtələrdə az sayda təhlükəsizlik işçisinin yerləşdiyini bildirib.
İraq Silahlı Qüvvələrinin sözçüsü əməliyyatın hava qüvvələri, ordu, Əl-Həşduş Şəbui, Ənbar, Əl-Cəzirə və Badiyə əməliyyat komandirləri və antiterror qüvvələrinin iştirakı ilə təşkil edildiyini və bu qüvvələrin Suriya ilə ortaq sərhədlərə doğru irəlilədiyini söyləyib.