0
Wednesday 20 May 2020 - 02:39

Camal Qaşıqçının nişanlısı: Səudiyyə Ərəbistanı özünü paka çıxarmaq istəyir

Story Code : 863707
Camal Qaşıqçının nişanlısı: Səudiyyə Ərəbistanı özünü paka çıxarmaq istəyir
Middle East Monitor-un verdiyi məlumata görə, Bin-Salmanın əmri ilə Türkiyədəki Səudiyyə konsulluğunda qorxunc şəkildə qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Çengiz, İngiltərənin Newcastle futbol klubu rəhbərliyinə müraciət edib. Xədicə Çengiz futbol komandası rəhbərliyinə bildirib ki, bu klubu qatil Bin Salmana satmaq fikrindən daşınsınlar.

Guardian qəzeti üçün yazdığı məqalədə Xədicə Ç. deyib ki, Newcastle-ın sahibi ola biləcək şəxs onun nişanlısının qatilidir və bu səbəbdən Newcastle klubunun prezidenti olmamalıdır! "Səudiyyə rejimi nişanlımı öldürdü" başlıqlı məqalədə yazılır ki, Bin Salman Səudiyyə Ərəbistanının mənfur simasını təmizləməyə çalışır.

"Mançester Yunayted" klubunu almaq təklifindən sonra Məhəmməd bin Salman "Nyukasl"a müştəri düşüb. Onun bu yolla dünyada özünə qarşı yaranmış nifrəti azaltmağa çalışdığı söylənilir. Səudiyyə rejiminin futbol klubu almaq təşəbbüsü əslində həm də idman fəzasından yararlanaraq çirkli pulların yuyulması kimi də qiymətləndirilir.

Qeyd edək ki, Yəmən xalqını qətliam edən, İŞİD, Ən-Nüsrə, Əhraruş-Şam və digər terror qruplaşmalarına maliyyə yardımları ayıran qaniçən Səudiyyə rejimi son illərdə müasirləşmə adı altında Səudiyyə Ərəbistanının mənfi simasını düzəltməyə çalışır.
Source : IslamTimes