0
Wednesday 20 May 2020 - 11:37

Ümid edirik ki, ABŞ bu təhlükədən xəbərdardır - Rusiya

Story Code : 863784
Ümid edirik ki, ABŞ bu təhlükədən xəbərdardır - Rusiya
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib.

"ABŞ-ın nüvə silahını Avropadan çıxarması bu qitənin təhlükəsizliyinə real töhfə verə bilər. Rusiya uzun müddət əvvəl bu addımı atdı", - Zaxarova vurğulayıb.

Qeyd edək ki, daha öncə ABŞ-ın Varşava səfiri Corcet Mosbaher ölkəsinin Almaniyadakı nüvə silahlarını Polşaya yerləşdirə biləcəyi barədə açıqlama yayıb. Rusiya XİN rəhbəri isə bunun NATO-nun götürdüyü öhdəliklərə zidd olduğunu bəyan edib.
Related Stories