0
Thursday 21 May 2020 - 00:07

Türk Hava Yollarının daxili və xarici uçuşlarını bərpa edəcəyi gün məlum olub

Story Code : 863927
Türk Hava Yollarının daxili və xarici uçuşlarını bərpa edəcəyi gün məlum olub
Türk Hava Yolları aviaşirkəti (THY) 4 iyundan daxili, 10 iyundan isə xarici uçuşlarını bərpa edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə THY-nin rəhbəri İlker Aycı bildirib.

İlker Aycı deyib ki, sərnişinlərin əl yükünün təyyarənin salonuna daxil edilməsinə icazə verilməyəcək. 8 kiloqramlıq əl yükü təyyarənin yük yerinə qəbul ediləcək və ödəniş haqqı da ümumi yükə əlavə ediləcək.

Sərnişinlər təyyarə salonuna yalnız əl çantası ilə daxil ola biləcək.
Related Stories