0
Monday 25 May 2020 - 00:13

Venesuela Hava Qüvvələri İran neft tankerlərini müşayiət edir

Story Code : 864645
Venesuela Hava Qüvvələri İran neft tankerlərini müşayiət edir
Venesuela ordusunun helikopterində olan müxbir İranın neft tankerlərindən birincisinin artıq azad sulara daxil olması xəbərini verib. O deyib: "İran gəmisini qarşılamaq üçün Venesuela ərazisini tərk edərək, beynəlxalq sulara daxil oluruq. Artıq İran neft tankerlərindən biri Venesuela sularına yaxınlaşır. Ordu bu gəmiləri müşayiət edəcək."

İran və Venesuela arasındakı bu əməkdaşlıq bütün dünya ölkələrinə ABŞ-ın sanksiyalarına qarşı açıq bir mesaj kimi dəyərləndirilir. Bu böyük hadisə ölkələr arasında həmrəylik və birtərəfli sanksiyalardan azad olmaq üçün bir mesajdır.

Qeyd edək ki, ABŞ dəfələrlə İranı təhdid edərək, Venesuelaya neft göndərməkdən vaz keçməsini istəmişdi. İran dövləti isə ABŞ-ın ən kiçik bir səhvinə anında sarsıdıcı cavab veriləcəyini bildirib.
Source : IslamTimes