0
Thursday 28 May 2020 - 15:47

Si Tsinpin: “Çin hərbçiləri düşmənlə döyüşməyə hazır olmalıdır”

Story Code : 865245
Si Tsinpin: “Çin hərbçiləri düşmənlə döyüşməyə hazır olmalıdır”
Sinxua Xəbər Agentliyinin verdiyi məlumata görə, Si Tsinpin Pekindəki Milli Xalqlar Konqresinin qurultayında silahlı qüvvələrə koronovirus infeksiyasına nəzarət etdiyinə görə minnətdarlığını bildirərək, onları hərbi missiyaya daha yüksək səviyyədə hazır olmağa çağırdı.

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Çin prezidenti deyib: "Ordu hərbi qarşıdurma hazırlıqlarını sürətləndirməli və hərbi tapşırıqları yerinə yetirmək üçün imkanlarını genişləndirməlidir". Eyni zamanda, Çin Müdafiə Nazirliyi, ölkənin separatizmə qarşı mübarizə tədbirlərini sərtləşdirəcəyini açıqladı. Çin Müdafiə Nazirliyinin sözçüsü U Syan Tayvan adasının separatçı qüvvələrinin təhdidlərinin artdiğinı deyib. Bu vaxt ABŞ, Tayvan adası ilə hərbi və siyasi əlaqələri genişləndirir və ona ən son raketlər partiyasını təqdim etməyi planlaşdırır. Bu arada Çin, Honkonq bölgəsindəki separatçılara qarşı təhlükəsizlik qanun layihəsini nəzərdən keçirərək, qeyd olunan təxribatların baş verəcəyi təqdirdə, cavab tədbirlərinin görüləcəyi ilə ABŞ-ı təhdid etdi.