0
Sunday 31 May 2020 - 09:54

Merkel G7-dən niyə imtina etdi? - Səbəb korona deyil...

Story Code : 865716
Merkel G7-dən niyə imtina etdi? - Səbəb korona deyil...
Axar.az xəbər verir ki, bunu Tvitter hesabında rusiyalı senator Aleksey Puşkov qeyd edib. O bildirib ki, Trampla Merkel arasında bəzi məsələlərlə bağlı fikir ayrılıqları var:

"Merkel hələlik ABŞ-da G7 sammitinə qatılmamaq barədə qərar verib. Səbəb əlbəttə ki, epidemiya deyil. Şimal Axını-2 də daxil olmaqla, Merkellə Tramp arasında fikir ayrılıqları yaşanır".

Qeyd edək ki, “Politiko” qəzeti ABŞ Prezidenti Donald Trampla Almaniya kansleri Angela Merkel arasında baş tutan telefon danışığı zamanı mübahisə yaşanması barədə məlumat yayıb. Almaniya hökuməti isə Merkelin pandemiya səbəbindən Vaşinqtonda keçirilməsi nəzərdə tutulan G7 sammitinə qatılmayacağını açıqlayıb.