Fələstin ərazilərinin sionist rejimə ilhaqı təxirə salına bilər
Story Code : 865863
Sionist rejimin təhsil naziri bildirib ki, Qərbi Şəriyənin bəzi hissələrinin işğalçı İsrail rejiminə ilhaq olunması planının icrası bir neçə gün və ya həftə təxirə salına bilər.
Fələstin KİV-nin yaydığı məlumata görə, Qərb Sahilinin ilhaq planının müəyyən səbəblərdən dolayı təxirə salına biləcəyini işğalçı İsrailin Təhsil naziri Zeev Elkin deyib.
O deyib ki, ilhaq prosesi 1 iyun tarixinə planlansa da böyük ehtimalla bir neçə gün və ya bir neçə həftə təxirə salınacaq.
Bu yaxınlarda sionist rejimin baş naziri Benyamin Netanyahu da Qərb Sahilinin ilhaqının 1 iyun tarixində həyata keçiriləcəyini elan etmişdi. Bu barədə məlumat yayan mənbə uyğun tarixin dəyişməyəcəyini bildirmişdi.