0
Thursday 4 June 2020 - 12:28

ABŞ İraqdan Suriyanın şimal-şərqinə texnika ilə dolu yük maşınları göndərib

Story Code : 866550
ABŞ İraqdan Suriyanın şimal-şərqinə texnika ilə dolu yük maşınları göndərib
APA xəbər verir ki, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.

“Amerikalı işğalçıların texnika və avadanlıqlarla dolu 30 yük maşını qeyri-qanuni sərhəd keçidi olan Əl-Valid vasitəsilə Haseke əyalətinə keçiblər və Tell-Baydar bölgəsindəki qeyri-qanuni Kasrak bazasına doğru istiqamətləniblər”, - deyə telekanalın məlumatında qeyd edilib.